"Qalatasaray"ın futbolçusu villasını aldığı qiymətin iki qatına satdı
"Qalatasaray"ın niderland əsilli mərakeşli ulduzu Hakim Ziyeç villasını satıb və ciddi gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, futbolçu 2020-ci ildə 3,9 milyon avroya aldığı villanı 6,966 milyon avroya satıb. Onun hazırda Mərakeşdə dəbdəbəli villa axtardığı bildirilir.
Niderland mətbuatında yer alan xəbərlərə görə, Mərakeş millisinin üzvü 2020-ci ildə “Ayaks”da oynayarkən Utrextdə 3,9 milyon avroya dəbdəbəli villa alıb. Onun bu villanı 6,966 milyon avroya satdığı bildirilib. Məlumatda 2009-cu ildə inşa edilən villanın sahəsi 515, torpaqla birlikdə isə 3560 kvadratmetr olduğu bildirilib.
Villanın qızdırılan açıq hovuzu, terraslı geniş bağçası, sauna, türk hamamı və fitnes mərkəzi daxil olmaqla 71 kvadratmetr yaşayış sahəsi var. Digər tərəfdən, Niderland mətbuatında Ziyeçin Mərakeşdə lüks villa axtardığı xəbəri yayılıb.
“Real"da çıxış edən Eduardo Kamavinqanın da bir müddət əvvəl Mərakeşin eyniadlı paytaxtından villa aldığı vurğulanıb.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay