BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7943
  • RUB
    1.5024
  • TRY
    0.0491
  • GBP
    2.1535
43362

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən KFC restoranlar şəbəkəsi böyük zərər edib.

Yeniavaz.com xəbər verir ki, səhmlərinin 75%-i Anar Məmmədova məxsus olan “B.J.R. Foods Limited” şirkəti 2022-ci ili 1 milyon 182 min 13 funt-sterlinq (2,6 milyon manat) zərərlə başa vurub.

Müqayisə üçün bildirək ki, “B.J.R. Foods Limited” şirkəti 2021-ci ili 3 milyon 244 min 762 funt-sterlinq mənfəətlə başa vurub.

Bundan başqa şirkətin illik dövriyyəsi isə 7,1% azalaraq 41 milyon funt-sterlinqdən 38 milyon funt-sterlinqə düşüb.

Qeyd edək ki, Londonda məşhur restoranlar şəbəkəsi olan KFC françayzinqinə sahib olan “B.J.R. Foods Limited” şirkətinin 75%-lik payını Anar Məmmədov 23 iyul 2021-ci il tarixində satın alıb.

Onu da bildirək ki, Anar Məmmədov eyni tarixdə daha 3 şirkətin 75%-lik payını satın alıb. Bu şirkətlər “Colonel Foods Limited”,  “1st RATE Investment (UK) Limited” və “Amber Restaurants Limited” şirkətləridir.

“Colonel Foods Limited” və “Amber Restaurants Limited” 152 gündən artıqdır ki, hesabatlarını müvafiq qurumlara təqdim etməyiblər.

Səhmlərinin 75%-i Anar Məmmədova aid olan bu şirkətlərə hazırda Böyük Britaniya vətəndaşları 1970-ci il təvəllüdlü Zafar Abbasi və 1967-ci il təvəllüdlü İqbal Sulemani rəhbərlik edirlər. Bu şəxslər daha əvvəl – 2004-2010-cu illərdə Londonda fəaliyyət göstərən “Zqan UK Ltd” şirkətinə rəhbərlik ediblər. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən ZQAN holdinq Anar Məmmədova məxsus olub. ZQAN adı da sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən yaranıb.

Xatırladaq ki, Bakıda fəaliyyət göstərən KFC restoranları da vaxtilə Anar Məmmədova məxsus ZQAN holdinqə bağlı olub. ZQAN holdinq 2013-cü ildə adını dəyişərək “Garant” holdinq olub. 2017-ci ildə Ziya Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra  KFC restoranları vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının rəhbərlik etdiyi “Gilan” holdinqin tərkibinə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Kommersant T.A" cərimə olunur

"Dragon Motors Sales" barəsində protokol niyə yazılıb?

ALROSA almaz layihəsindəki payını Oman dövlət fonduna satdı

"Bakı Süd Co" cərimələnə bilər

Moldova "Qazprom"a olan 709 milyon dollar borcu ödəməyəcək

Bu şirkət gömrük qaydalarını pozmaqda ittiham olunur

Cənubi Koreya təhsil sistemi yenilənir: Süni intellekt əsaslı dərsliklər təsdiq olundu

Naxçıvanın təcili tibbi yardımı üçün 2 tır alınacaq - 3,9 milyonluq layihə

Yaponiya və Çin ABŞ dövlət borcuna investisiya qoymaqdan imtina edir

"Sarens Azerbaijan" məhkəmə qarşısında

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Şərab istehsalı son 63 ilin ən aşağı səviyyəsində

Trampın qaydışı, investorların qorxuları... - Avro populyarlığını itirir

"Intel"in çip layihəsindən sonra Almaniya yeni subsidiyalar hazırlayır

Bəzi universitetlərdə 9 ixtisasın proqram akkreditasiyası qəbul edilib

"Halil Logistika" gömrük qaydalarını pozub?

"SOCAR Polymer”in ixrac gəlirləri 14% azalıb

Rabitəbankda etibarlı əmanətiniz rahat gəlir gətirəcək! ®

"Evimiz İnşaat" məhkəməyə verildi

Məşhur tütün şirkəti 29 milyonluq məhsul ixrac edib - 40 dəfədən çox artıb

Qara Cümə: Şirkətlər həqiqətən endirim edir, yoxsa bu fırıldaqdır?

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

İxracdan milyonlarla gəlir əldə edən Azərbaycan şirkətləri - SİYAHI

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib

“Azərkosmos”un ixrac gəlirləri 4 %-dən çox azalıb

Nazir müavini: "Günəş və külək enerjisinin maya dəyəri ənənəvi enerjidən daha ucuz başa gəlir"

İşğaldan azad olunan torpaqlar icarəyə verilərkən nəyə diqqət etmək lazımdır?

Bu arayışı almaq asanlaşdı - Heç yerə getməyə ehtiyac yoxdur

Bu stansiyalar arasında interval 10 dəqiqə olacaq

Neft Fondu bu tədbirlər üçün 125 min manat ayırdı - TENDER ELANI

Rusiyada saxta şərab hazırlayan azərbaycanlı dəstə ifşa olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin