Nəzarətdən çıxan qatar maşinistsiz 80 kilometr yol qət etdi (VİDEO)
Hindistanda nəzarətdən çıxan qatar maşinist olmadan 80 kilometr məsafə qət edib.
Valyuta.az xəbər verir ki, Hindistanın dəmir yolu səlahiyyətliləri yük qatarının bu şəkildə yol qət etməsi ilə bağlı araşdırmalara başlanılıb.
Çınqılla dolu 53 vaqondan ibarət nəqliyyat vasitəsi ölkənin şimalındakı Kammu və Kəşmir əyalətləri arasındakı Kathua relsləri üzərində olarkən bir anda sürətlənməyə başlayıb. Bu, qatar Kathuada kadr dəyişikliyi üçün dayanan zaman baş verib. Maşinist və köməkçisi endikdən sonra qatar eniş aşağı hərəkət etməyə başlayıb. “The Hindu” nəşrinə danışan rəsmi mənbələr, sürücünün qatardan düşməzdən əvvəl əl əyləcini basmağı unutduğunu söyləsə də, bu, səlahiyyətlilər tərəfindən təsdiqlənməyib. Sürücünün şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hindistan Dəmir Yolları rəsmisi nəşrə açıqlamasında dəmiryol işçisinin qatarı dayandırmaq üçün relslərə taxta bloklar qoyduğunu və bununla qatarı saxlamağa nail olduğunu deyib.
“Times of India”nın məlumatına görə, insidentdən sonra altı dəmiryol işçisi işindən kənarlaşdırılıb. Mümkün zərəri minimuma endirmək üçün dəmir yolu relslərindəki kabellərə verilən elektrik kəsilib və qatarın dayanması üçün bütün stansiyalarda xidmət göstərən xətlər boş saxlanılıb. Təhlükəsizlik məqsədilə digər qatarlar da nəzarətdən çıxan qatarın yolundan yayındırılıb. Hadisə zamanı heç kim xəsarət almayıb. Hindistanın sosial media platformalarında maşinistsiz müxtəlif stansiyalardan yüksək sürətlə keçən həmin qatarın videoları da yayılıb.
“Press Trust of India”nın məlumatına görə, dizel mühərrikli yük qatarı 80 kilometr yol qət edib, beş stansiyadan keçib və Pəncabdakı Unçi Bassidə sıldırım bir təpədə saxlanılıb.
twitter.comA 53-wagon loaded diesel goods train traveled for around 80 kilometers at 100 kmph without a driver from Jammu to Punjab, India ??
— Disaster Tracker (@DisasterTrackHQ) February 25, 2024
| 25 February 2024 |#TrainIncident #India #JammuAndKashmir #Punjab pic.twitter.com/3DZftrZUuW
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay