Kloppun ən yaxşı transferləri - Özü getsə, izi qalacaqmı?
Yurgen Kloppun mövsümün sonunda “Liverpul”un baş məşqçisi vəzifəsindən istefa verəcəyini elan etməsi, şübhəsiz, Mersisaydda “zəlzələlər” yaratdı. Alman mütəxəssis 2015-ci ildən komandanın “sükan”ı arxasındadır və "qırmızılar"la doqquz il ərzində mümkün olan bütün kubokları qazanıb. "Enfild"ə gəldikdən sonra Klopp İngiltərə Premyer Liqasında komandasını meydana çıxardığı 317 oyunda 671 xal topladı. Hansı ki, hələ Premyer Liqa tarixində heç bir məşqçi bu nəticəyə imza atmayıb. Üstəlik transferlərə rəqibləri qədər xərc çəkmədən bunu bacarması Kloppun nəticələrini daha da effektli edir. Baş məşqçi təyin olunduğu 2015-ci ildən bəri “Liverpul”un xalis xərcləri 420 milyon avro təşkil edir. Bu çox görünə bilər, amma İngiltərə futbolunda bir sıra zəngin klublarla müqayisədə “Liverpul” siyahıda “Nyukasl”, “Tottenhem” və “Vest Hem”dən sonra səkkinci yerdədir. Klopp "Liverpul"un baş məşqçisi kimi ümumilikdə 938,5 milyon avro xərcləyib. O, doqquz il ərzində 37 futbolçu ilə müqavilə imzalayıb.
Valyuta.az Kloppun rəhbərliyi altında baş tutan ən yaxşı transferlərin siyahısını təqdim edir.
Darvin Nunes, “Benfika” (Portuqaliya), 85 milyon avro (2022)
“Liverpul” karyerasına çox qarışıq bir başlanğıc etdi. Uruqvaylı futbolçu çıxışlarına görə, həm yaxşı, həm də mənfi rəylər alıb. Bununla belə, cari mövsüm ərzində artıq 11 qola, 10 məhsuldar ötürməyə imza atıb.
Vircil van Dayk, “Sauthempton” (İngiltərə), 84,65 milyon avro(2018)
Van Dayk "Enfild"də oynadığı müddətdə dünya futbolunun ən yaxşı mərkəz müdafiəçilərindən biri kimi təriflənib. O, Evertonun eyniadlı təmsilçisinə qarşı debüt matçında qələbə qolunu vurdu və bu, gələcək illərin mükəmməl epifaniyası idi. Daykla birlikdə böyük kuboklar gəlməyə başladı və “Liverpul” müdafiə baxımından ən möhkəm komandalardan birinə çevrildi. 2020-ci ildə aldığı ciddi zədədən sonra xeyli geri düşsə də, bu mövsüm “Liverpul” yenidən zirvəyə qayıdıb.
Dominik Şoboşlay, “Lepsiq” (Almaniya), 70 milyon avro (2023)
Keçən yay müqavilə imzalayan Şoboşlay “Liverpul” formasında uzun müddət sabitlik göstərə bilməyəcək kimi görünsə də ilk baxışlar olduqca həyəcanlıdır. Macarıstanlı "qırmızılar"ın yarımmüdafiəsində gördüyü bütün işlərdə yüksək dərəcəli görünür. Şoboşlay artıq 27 oyunda dörd qola və eyni sayda məhsuldar ötürməyə imza atıb. Kloppun yoxluğunda belə, eyni trayektoriya üzrə getsə, “çiçəklənəcək”.
Alisson, “Roma” (İtaliya), 62,5 milyon avro (2018)
Dayk kimi, qapıçı Alisson da “Liverpul”u yenidən qaliblərə çevirməkdə böyük rol oynadı. Qapıçı Loris Kariusun 2018-ci ildə Çempionlar Liqasının finalında “Liverpul”a baha başa gələn səhvlər buraxdıqdan sonra klubdan ayrıldı. O vaxtdan bəri Alisson dünyanın ən yaxşı qapıçılarından biri kimi qəbul edilir. Reaksiyaları və təkbətək oyunda topa qarşı soyuqqanlılığı özündə cəmləşdirən 31 yaşlı futbolçu Mersisaydda şəksiz uğur hekayəsi olub və artıq 112 oyunda qapısını toxunulmaz saxlayıb.
Nabi Keyta, “Leypsiq” (Almaniya), 60 milyon avro (2018)
Bu siyahıda "Enfild"də böyük uğur qazanmayan ilk oyunçu olan Qvineyalı yarımmüdafiəçi müqavilə imzalayan dönəmdə ətrafında çox həyəcan var idi və o, “Vest Hem”ə qarşı debütündən cəmi 46 saniyə sonra dahi Zinəddin Zidana bənzər bir zərbə ilə diqqət mərkəzinə düşdü və çoxları ümid bəsləməyə başladı. Bununla belə, meydana çıxdığı 129 oyunda Keita cəmi 11 qol və yeddi məhsuldar ötürmə ilə yadda qaldı. Sonradan İngiltərədə ümidləri doğrultmayan futbolçu ötən il Bundesliqa təmsilçisi “Verder”ə transfer olundu.
Luis Diaz, “Porto” (Portuqaliya), 47 milyon avro (2022)
Kolumbiyalı futbolçu indiyə qədər Liverpulda uğur qazansa da, sabitlik göstərməyib. Keçənilki ciddi diz zədəsi və bir müddət öncə atasının Kolumbiyada qaçırılması kimi bir çox amillər onun irəliləməsinə mane olub. Futboldan daha böyük və bütün fikirləri darmadağın edən dəhşətli vəziyyətdir. Kolumbiyalı 2022-ci ilin yanvarında “Porto”dan transfer olunduqdan sonra Premyer Liqadakı ilk 13 matçda dörd qol vurdu. Ötən mövsüm 17 matçda dörd, bu mövsüm isə 20 oyunda üç qol vurub. Diazdan gözləntilər böyükdür, lakin o, potensialını maksimum dərəcədə açmaq üçün tezliklə sabitlik göstərməyə başlamalıdır.
Fabinyo, “Monako” (Fransa), 45 milyon avro (2018)
2019 və 2021-ci illərdə Fabinyo dünyanın ən yaxşı yarımmüdafiəçilərindən biri və Mersisaydda uzun gələcəyi olan futbolçu kimi görünürdü. Bununla belə, Fabinyonun perspektivi kəskin şəkildə dəyişdi və 2022/23 mövsümündə zəif performans nümayiş etdirdikdən sonra braziliyalı 29 yaşında Səudiyyə Ərəbistanına getdi. Şübhəsiz, “Liverpul”un 2019-cu ildə çempion olduğu mövsümün ən yaxşı oyunçularından idi. Lakin daha da artığını etmək gücünə malik idi.
Dioqo Jota, "Vulverhempton", 44,7 milyon avro (2020)
Klubun əfsanəsi Cimi Karrager Jotanın “Bornmut”la oyunda vurduğu qoldan sonra açıqlamasında, "Mən birlikdə oynadığım bəzi hücumçuları xatırlayıram: Maykl Oven, Luis Suarez, Fernando Torres, Robbi Fovler. Ancaq düşünürəm ki, Jota ən yaxşı bitiricidir” - sözlərini söyləmişdi. Jota “Qırmızılar” üçün zəmanətli başlanğıc olmayıb, lakin uyğun vaxt gəldikdə, həmişə etibarlı oyunçu hesab olunub.
Məhəmməd Salah, “Roma”, 42 milyon avro(2017)
Salah 2017-ci ildə “Liverpul”la müqavilə imzalayandan sonra klub üçün 332 oyunda 204 qol vurdu. Salah Mersisayd təmsilçisinin tarixinə ən yaxşı transferlərindən biri kimi düşəcək.
Kodi Qakpo, PSV, 42 milyon avro(2023)
Keçən ilin qış fasiləsində niderlandlı futbolçu “Liverpul”da daha da inkişaf edə biləcəyinə dair ümid yaratdı. İndiyədək Premyer Liqada meydana çıxdığı 40 matçda 10 qol vuran bir oyunçu üçün çətin olsa da, keçən mövsüm “Liverpul”un “Mançester Yunayted”ə 7:0 hesabı ilə qalib gəldiyi oyunda bir qol vura bilmədi. Şübhəsiz, Qakponun yüksələ biləcəyini sübut etmək üçün daha çox vaxta ehtiyacı olacaq.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay