Xəbər
29.01.2024 / 19:01
“Kontakt”ın sahibi gömrük qaydalarını pozmaqda ittiham edilir
41350
“ABC-Telecom” MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə cərimələnə bilər.
Valyuta.az xəbər verir ki, şirkət barəsində bu maddə ilə iş başlanıb.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Orxan Məmmədli iş üzrə hakim təyin edilib.
485.2-ci maddə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi ilə bağlıdır.
Bu maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Məlumat üçün deyək ki, məişət texnikasının satışını həyata keçirən “Kontakt” mağazalar şəbəkəsi “ABC-Telecom” MMC-yə məxsusdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay