“Asiya İnkişaf Bankı kiçik kreditlər verəcək”
“Asiya İnkişaf Bankı kiçik kreditlər verəcək. Çünki 19, 5 milyon manat böyük vəsait deyil”.
Bunu Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, kreditin məbləği manatladır:
“Manatla da kredit verəcək. Manatla kredit verməsinin üstünlüyü ondan ibarətdir ki, sahibkar əlavə valyuta riskinə getmir. Asiya İnkişaf Bankı beynəlxaq institutdur, bu səbəbdən aqrar-sənayə kompleksləri, qadın sahibkarların xaricə çıxmasında, beynəlxalq institutlarla işləmək istiqamətində bir təcrübə olacaq”.
Xalid Kərimlinin fikirincə bu, eyni zamanda əlavə kredit götürmə imkanıdır:
“19,5 milyon vəsaitin iki istiqaməti var. Qadın sahibkarlığı və aqrar-sənaye kompleksi. Münasibətlər formalaşacaq və sonra bu həmin strukturlar üçün bazardan pul cəlb etmə imkanları yarada bilər”.
Qeyd edək ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycan manatı ilə yeni istiqrazlar buraxaraq 19,5 milyon manat (təqribən 11,5 milyon ABŞ dolları) cəlb edib.
İstiqrazların tədavül müddəti 3 ildir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay