"Atılan bu addımın müsbət və ya mənfi effekt verəcəyini gələcək göstərəcək"
Fevralın 1-dən etibarən avtomobillərin texniki baxışdan keçirilməsi zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəniləcək.
1 fevraldan qüvvəyə minən sərəncamda Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqının ödənilməsi qeyd edilib.
Valyuta.az-a açıqlamasında sərəncamı şərh edən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, atılan bu addımın müsbət və ya mənfi effekt verəcəyini gələcək göstərəcək:
“Ölkəmizdə istismara yararsız köhnə avtomobillərin utilizasiyası ilə bağlı tədbirlər görmək istəyirlər. Utilizasiya haqqı da həmin prosesi maliyyələşdirmək üçün nəzərdə tutulan Utilizasiya Fondunun əsas mənbələrindən biri olacaq. Proses müəyyən dərəcədə dövlət büdcəsindən də maliyyələşəcək. Amma əsasən Utilizasiya Fondu vasitəsilə maliyyələşməsi nəzərdə tutulur. Bu zaman avtomobil sahiblərindən nə qədər haqq tutulacağı hələlik bəlli deyil. Prosesin mahiyyəti odur ki, vətəndaş yararsız maşını təhvil verəndə utilizasiya tərəfindən qiymətləndirilməklə ona müəyyən ödəniş ödəniləcək. Yaxud da Azərbaycan istehsalı olan avtomobili əldə etmək istəsə, müəyyən məbləğdə güzəşt əldə edəcək. Bu fondda həmin güzəşt məbləğini maliyyələşdirmək üçündür”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay