Xəbər
29.01.2024 / 14:14
AZPROMO ötən il 16 biznes forum təşkil edib
41322
2023-cü ildə AZPROMO 42 tədbir, o cümlədən 16 biznes forum təşkil edib və 37 beynəlxalq tədbirdə iştirak edib.
Valyuta.az xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2023-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Yusif Abdullayev Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin xarici həmkarları ilə işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində təşkil olunan tədbirlər haqqında da danışıb.
“AZPROMO ilə müvafiq tədbirlər çərçivəsində 11 anlaşma memorandumu və 1 fəaliyyət planı (AZPROMO və TÜİB arasında) imzalanıb”, deyə, o, qeyd edib.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay