Altı milyard dollarlıq filmin davamı gəlir
Məşhur “Universal Pictures” şirkəti “Jurassic World” seriyası üçün yeni film hazırlayır.
Vaklyuta.az xəbər verir ki, bu barədə “Hollywood Reporter” məlumat yayıb. 1993-cü ildə ilk dəfə efirə çıxan “Jurassic World” və 1997-ci ildə onun davamı kimi çəkilmiş “Jurassic World: Fallen Kingdom” yeni seriya ilə davam edəcək. Layihə serialda yeni bir dövr başlatmağı hədəfləyən tamamilə yeni bir hekayə təqdim edəcək. Lakin Kris Prett, Bris Dallas Hovard, Sem Neyll, Laura Dern və Ceff Qoldblum da daxil olmaqla əvvəlki ulduzlardan hər hansı birinin olub-olmayacağı bəlli deyil. İlk filmə imza atan Stiven Spilberq “Amblin Entertainment” şirkəti vasitəsilə icraçı prodüser kimi fəaliyyət göstərəcək. Filmin rejissor kürsüsündə oturacaq şəxs isə hələ müəyyənləşməyib.
“Jurassic Park” filmləri, lisenziyalı gəzintilərə qədər daha geniş maliyyə ekosistemini gücləndirən “Universal Pictures”in ən gəlirli franşizalarından biridir. İnflyasiya nəzərə alınmadan serialın ümumi gəliri qlobal kassada altı milyard dollara çatıb. 2022-ci ildə efirə çıxarılan “Jurassic World: Dominion” - seriyanın altıncı və sonuncu filminin gəliri dünya üzrə 1 milyard dolları keçib. Bu seriya bəşəriyyətin “Jurassic World: Fallen Kingdom” filmində əyləncə parkından qaçdıqdan sonra vəhşi təbiətə tam inteqrasiya etmiş dinozavrlarla yaşamağı öyrənməli olması ilə sona çatıb.
Filmin ssenaristi Koepp”Mission: İmpossible”, “Spiderman”, həmçinin 2002-ci ildə “Panic Room” və 2005-ci ildə efirə çıxmış “War of the Worlds” kimi filmlərin ssenarilərini yazıb. 60 yaşlı Koeppin yazdığı ssenarilər üzrə çəkilən filmlərin büdcəsi 2,3 milyard dolları keçib. Bu baxımdan o, bütün zamanların ən uğurlu ssenaristləri siyahısında doqquzuncu şəxsdir.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay