BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
40972

İqlim böhranı ilə mübarizədə təsirli nəqliyyat üsullarından biri sayılan elektrikli velosipedlər Nyu Yorkda rekord sayda yanğına səbəb olub.

Valyuta.az xəbər verir ki, Nyu York Yanğından Mühafizə İdarəsinin “Fox News”a açıqlamasına görə, elektrik velosipedləri şəhərdə 267 yanğına səbəb olub. Bu hadisələrdə 18 nəfər həlak olub, 150 insan yaralanıb. Rəqəmlər 2023-cü ildə baş verən elektrikli velosiped yanğınlarından sonra itkilərin 200 faiz artacağı anlamına gəlir.

Rəsmi məlumatlara görə, ABŞ- da 2019-2022-ci illərdə elektrikli velosiped satışları 269 faiz artıb. Bazarın ümumi dəyərinin 2,6 milyard dollara çatacağı təxmin edilir. Bununla belə, təhlükəsizlik mütəxəssisləri elektrikli velosipedlərin litium-ion akkumulyatorlarının nəzarətsiz şəkildə qalacağı təqdirdə qıza və partlaya biləcəyi haqda xəbərdarlıq ediblər.

Nyu York meri Erik Adams da bir neçə ay əvvəl verdiyi açıqlamada təhlükəyə diqqət çəkərək, “Bu batareyalar səbəbindən şəhərdə 100-dən çox insan həlak olub. Baxdıqda bu batareyaların yeniləndiyini görürük. Mağazalar batareyaları açıb yeniləyir və hər kəs bunu öz üsulu ilə edir. Bu təhlükəsizlik problemidir”. 

Elektrikli velosipedlərin yaratdığı problemlər yalnız akkumulyatorun qızması və Nyu Yorkla məhdudlaşmır. Keçən iyul ayında Kaliforniyanın Ensinitas şəhərində bu velosipedlərdən istifadə edən iki uşağın düşdüyü qəzada, onlardan birinin həyatını itirməsindən sonra fövqəladə vəziyyət elan edilmişdi. Bu yaxınlarda Kaliforniya və Oreqon ştatlarının digər yerlərində də oxşar ölümlə nəticələnən qəzalar baş verib. Mütəxəssislər vurğulayırlar ki, sürücülərin təcrübəsizliyi və elektriklə işləyən velosipedlərin saatda 35 kilometrdən çox sürətlə sürülməsi belə problemlər yaradır.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Samsung" yeni proqram təminatının dizaynını səhvən yayımladı - Detallar

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Ən çox qızıl alan ölkələr - Azərbaycan ilk beşlikdə

Yataqxana problemi ilə bağlı yeni layihə

Ukrayna 5 ölkədən elektrik enerjisi tədarükü istəyib

“13-cü maaş” nədir və kimlərə verilir?

Gürcüstanın dəmir yolu yük daşımalarında Azərbaycanın payı

Araşdırma: "LinkedIn"dəki uzun paylaşımların çoxu süni intellekt tərəfindən yazılır

Yağış yağacaq, leysan olacaq

Avropada qaz qiymətləri artmaqda davam edir

Azərbaycan əhalisinin borclanma səviyyəsi 10 faiz bəndi artıb

Rus qazına sanksiyalar Norveçə 115 milyarddan çox qazandırdı

Azərbaycan banklarına ən çox əmanət yerləşdirən regionlar - SİYAHI

Azərbaycanda taksit kartları üzrə standartlar sərtləşib

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

"Nissan"ın maliyyə direktoru Stiven Ma istefa verir

Kanadanın media nəhəngləri "OpenAI"ə qarşı: Müəllif hüquqları mübarizəsi

9 ayda 71.8 milyard dollar gəlir - "Rosneft"in hesabatı

Azərbaycanda 5 universitetin rektoru yoxdur

Dekabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Azərbaycan nefti bahalaşıb

Qarabağ iqtisadi rayonunda nə qədər yeni iş yeri yaradılıb? (RƏSMİ)

Azərbaycanda cəmi 1 rayonda özəl məktəb fəaliyyət göstərir

TANAP vasitəsilə Türkiyə və TAP kəmərinə nəql edilən qazın həcmi açıqlanıb

"Azərenerji"nin ixrac gəlirləri 4 dəfə azalıb

Bakıda 8-9 ballıq zəlzələ təhlükəsi olan ərazilər hansılardır? (VİDEO)

60 min material, 4500-dən artıq telereportaj... - Azərbaycan mediası COP29-da

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Daha bir şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

Dünya bazarlarında neft və qazın son qiyməti

Azərbaycan manatının nominal effektiv məzənnəsi artıb

Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin