“Bank Respublika”nın ümidsiz kreditlərinin məbləği 5 milyon manatı ötüb
Bu ilin yanvar-sentyabr aylarında “Bank Respublika” müştərilərə 1 milyard 107 milyon 730 min manat kredit verib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin 9 ayına görə bankın standart kreditlərinin məbləği 1 milyard 045 milyon 911 min manat təşkil edib, bu bankın kredit portfelində xüsusi çəkisi 94 % təşkil edib.
Bankın qənaətbəxş olan kreditlərinin məbləği 973 milyon 687 min manat təşkil edib, bunun ümumi kredit portfelində çəkisi 88%-dir.
“Bank Respublika” nın nəzarət altında olan kreditlərinin məbləği 72 milyon 122 min manat təşkil edib, bu, ümumu kredit məbləğində çəkisi 7% lik paya sahibdir.
Bankın ümidsiz kreditlərin məbləği 5 milyon 324 min manat təşkil edib. “Bank Respublika”nın təhlükəli kreditlərinin məbləği 1 milyon 022 min manat olub.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay