
Xəbər
21.11.2023 / 19:16
“AzeriSteel” barəsində protokol yazıldı
Qaradağ rayonunda Metal Konstruksiyalar Zavodu olan “AzeriSteel” MMC-yə vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.
Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
İşə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay