
“Ömür” klinikası 8 min manat cərimələnə bilər
Bakıda fəaliyyət göstərən “Ömür” klinikası əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə inzibati törətməkdə ittiham edilir.
Valyuta.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə iş başlanıb.
İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Hafiz Kamranov iş üzrə hakim təyin edilib.
215.1-ci maddəyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Ömür” klinikası “Ömür” MMC adı ilə 11 oktyabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi Məmməd-zadə Tansu Məmməd qızıdır.
Hüseyn
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay