
Banqladeşdəki etirazlar qlobal cins şalvar qıtlığına səbəb ola bilər
Banqladeşdə siyasi böhranın kəskinləşməsi səbəbindən dünya cins şalvar kimi qarderob əşyasından məhrum ola bilər.
Valyuta.az Lenta.ru-ya istinadla xəbər verir ki, ölkədə bu tip geyimlərin tikildiyi fabriklərdə işçilərin kütləvi tətilləri başlayıb.
Bəzi müəssisələr artıq öz fəaliyyətlərini məhdudlaşdırıblar, ona görə də vəziyyət dəyişməsə, gələn ilin əvvəlində Rusiya və digər ölkələr cins şalvar əldə etməkdə çətinliklərlə üzləşə bilər.
H&M, Zara, Walmart , Calvin Klein, Hugo Boss və başqaları kimi Banqladeşdən olan bu növ geyimlərin ən böyük müştəriləri artıq sifarişlərin həcmini azaltmaqda və çatdırılmada gecikmələrdə çətinliklərlə üzləşirlər. Səbəb işçilərin iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılmasını tələb etdiyi fabriklərdə tətillər olub. Ölkədəki toxuculuq sənayesi müəssisələrində çalışan işçilərin əmək haqqı ayda cəmi 75 dollar civarındadır. Bu, orta əmək haqqından xeyli aşağıdır. Müəssisələrin işçiləri əmək haqqının ən azı 243 dollar səviyyəsinə - ölkədəki orta əmək haqqı səviyyəsinə qədər artırılmasını tələb edirlər.
Nicat
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay