BAKU Azərbaycan
9.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8293
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1332
Azərbaycanda 10-a yaxın şirkətin baş direktoru və təsisçisi olan şəxs 3 milyon manata yaxın vergi borcu olduğuna görə həbs edilib. 
 
Qaynarinfo-nun məlumatına görə, Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü İsmayılov Seymur Səxavət oğlu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2.821.686,30 manat vergi borcu olduğu üçün Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum olunub.
 
O, bir sıra şirkətlərlə yanaşı "Trans Azpod" və "Konstruktor Test" MMC-lərin qanuni təmsilçisi olub. Seymur İsmayılovun rəhbəri olduğu "Trans Azpod" MMC-nin 336 min 488 manat vergi borcu var. 
 
 
Şirkət rəhbəri elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, icraçı direktoru olduğu və adını xatırlamadğı əksər şirkətlərdə formal olaraq qanuni təmsilçi olub: 
 
"Aylıq 1000-2000 min manat maaş alırdım. Suraxanı rayonu, Günəşli qəsəbəsində, Xəzər market deyilən ərazinin arxasında yerləşən, dəqiq ünvanı xatırlamadığı çoxmərtəbəli binada mənə kirayə ev tutulmuşdu. Həmin evdə müvafiq sənədlərə imza atdıb, bank əməliyyatlarında iştirak etdirdim. Lakin şirkətlərdən əldə olunmuş gəlirlərin mənə aidiyyatı yox idi, MMC-lərdən əldə olunan gəlir və mənfəətin kim tərəfindən mənimsənildiyini bilmirdim. Deyilmişdi ki, sənə heç bir problem olmayacaq və bu şirkətlər yüsək rütbəli şəxsə məxsusdur. Ən pis halda 1 və ya 2 il müddətində azadlıqdan məhrum edilə bilərsən. Əgər belə hal baş verərsə, mənə kömək edəcəklərini dedilər. Deyilmişdi ki, qeyri-rəsmi şirkətlərə ümumilikdə Zaid adlı şəxs rəhbərlik edir". 
 
Seymur İsmayılov vergi borcları üzə çıxdıqdan sonra sanki ev dustağı kimi yaşayıb, demək olar hər gün spirtli içki qəbul edib: "Bu səbəbdən şüurum tam açıq deyil, əksər məlumatları xatırlamıram”. 
 
 
Seymur İsmayılov vergi borcundan yayınmaq üçün Rusiyaya qaçmaq istədiyini də etiraf edib: 
 
"Müvafiq adamlara bu şəkildə yaşaya bilmədiyimi dedim və Rusiyaya getmək pul verilməsini tələb etdim. Bir neçə gün sonra məbləğini xatırlamadığım dollar və manatların olduğu pulu mənə verdilər. Amma gedə bilmədim və hüquq-mühafizə orqanları tərəfindən saxlanıldım. Buna görə də verilmiş ittiham və hesablanmış borcla razı deyiləm, ədalətli hökm çıxarılmasını xahiş edirəm".
 
Aparılan araşdırma zamanı müyyən edilib ki, Seymur İsmayılov direktor vəzifəsində işləyərkən Vergilər Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 71.1, 71.2, 72, 77.3, 78.1, 82, 103.1, 105.1, 220 və 221-ci maddələrinin tələblərini pozaraq, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə, vahid niyyətlə, xüsusilə külli miqdar təşkil edən 2.821.686,30 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
 

Son xəbərlər

"Realme" yeni smartfonunu təqdim etdi (FOTO)

Yaponiya Rusiyaya kömək edən ölkələrə qarşı sanksiyalar tətbiq edəcək

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

Braziliya A Seriyasının ən dəyərli futbolçuları müəyyənləşdi

“Rotary Motors”a protokol yazıldı

Yeni "Moskvich" belə olacaq - Qiyməti açıqlandı

"Google" irqçilikdə ittiham olunur

Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

Ermənistan COP29-un ev sahibliyinə Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb

Reklam haqqında qanunu pozan şirkətə protokol yazıldı

Dövlət qurumu məhkəməyə verildi

"Tesla"nın 25 min dollarlıq avtomobili yeni zavodda istehsal olunacaq

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatdı

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

“Zəlzələnin həyət və bina evlərinin qiymətlərinə hər hansı təsiri olmayacaq”

“Az Texnika LTD” məcburi auditdən yayınmaqda ittiham edilir

“Technoak”a qarşı ittiham

"Apple"ın dəyəri rekord dərəcədə artdı

Rusiya ilə neft tədarükü haqqında sazişə dəyişiklik: Qazaxıstan parlamenti qanunu təsdiqlədi

Şəki Mərkəzi Xəstəxanası köhnə avtomobillərin təmirinə 45000 manat xərcləyəcək

Türkiyə və Türkmənistan türkmən qazının İran vasitəsilə nəqlini müzakirə edir

“Azərtütün” məhkəməyə verildi

Keçmiş işçisi Neftçilər Xəstəxanasını məhkəməyə verdi

Zelenski Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Yeni rüsumlar müəyyənləşir

Azərbaycanda bu il turizmin inkişafı üçün görülmüş işlər açıqlanıb

Bu şəxslər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Seymur Orucov Köhnəqışlaq kəndində səyyar qəbul keçirdi (FOTO)

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə çatıb

Bütün xəbərlər