
"Günəşli Aqro" müqaviləsiz işçi çalışdırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Günəşli Aqro" MMC-yə qarşı protokol tərtib edib.
Valyuta.az-ın məlumatına görə, xidmətin əməkdaşları tərəfindən şirkət barəsində əmək qanunvericiliyinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsi ilə protokol tərtib olunub.
192.1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İşə 2.10.2023-cü il tarxində Gəncə Şəhər Məhkəməsinin hakimi Orxan Cəfərlinin sədrliyi ilə baxılacaq.
Vüqar
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay