“Xalq Bank”ın problemli kreditləri 30, ümidsiz kreditləri isə 7 milyon manata yaxın artıb
2023-cü ilin ilk yarısında Azərbaycanda vaxtı ötmüş kreditləri ən çox artan banklar arasında “Xalq Bank” da yer alıb.
Valyuta.az-ın məlumatına görə, sözügedən bankın problemli kreditləri ilin əvvəli ilə müqayisədə 2023-cü ilin iyulun 1-nə 47,1% və 29,7 milyon manat artaraq 92,8 milyon manata yüksəlib. İlin əvvəlində bu rəqəm 63,1 milyon manata bərabər olub.
Bu isə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə çəkisinin 3,6%-dən 5,1%-ə kimi artmasına təsir edib.
“Xalq Bank”ın vaxtı keçmiş kreditlərində ən böyük artım biznes kreditləri üzrə müşahidə edilir. Bankın problemli biznes kreditləri 28,6 milyon manat artaraq 56,9 milyon manatdan 85,5 milyon manata kimi yüksəlib. Son altı ayda problemli istehlak kreditləri isə 2,98 milyon manatdan 3,3 milyon manata kimi artıb. Daşınmaz əmlak kreditlərində isə bu rəqəm 4,1 milyon manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 25% və ya 820 min manat çoxdur.
Bankın ümidsiz kreditləri, yəni vaxtı bir ildən artıq ötmüş kreditləri isə 36,6 milyon manatdan 43,1 milyon manata kimi yüksəlib. Son altı ayda ümidsiz kreditlər 18% və ya 6,6 milyon manat artıb.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay