“PAŞA Bank”dan yarım milyarddan çox əmanət geri çəkilib
2023-cü ilin əvvəli ilə müqayisədə ilk yarımildə “PAŞA Bank”ın depozit portfeli 7,3% və ya 527 milyon manat azalaraq 6,7 milyard manata enib.
Valyuta.az-ın hesablamasına görə, son üç ayda, yəni ikinci rübdə bankdan 379,7 milyon manat həcmdə əmanət geri çəkilib. Bu göstərici ilə “PAŞA Bank” 2023-cü ilin ikinci rübündə Azərbaycanda depozitləri ən çox azalan bank olub.
Ümumilikdə, ilin əvvəli ilə müqayisədə ilk yarımildə "PAŞA Bank" kiçilib. Belə ki, bu il iyulun 1-nə bankın cəmi aktivləri 9,1% və ya 840 milyon manat azalaraq 8,4 milyard manata enib. Həmçinin, bankın kredit protfeli, yəni müştərilərə verilmiş xalis kreditlər ilin əvvəli ilə müqayisədə 16,2% və ya 529 milyon manat azalaraq 2,74 milyard manata düşüb. Bankın illik audit olunmuş hesabatında xalis kredit portfeli ilin əvvəlinə 3,27 milyard manat təşkil edib.
Bu il iyulun 1-nə bankın cəmi öhdəlikləri 7,6 milyard manata bərabər olub ki, bu da ilin əvvəlinə nisbətən 11% və ya 943 milyon manat azdır.
Mahir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay