BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə katibə Validə Məmmədova arasındakı qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb.

Valyuta.az qafqazinfo-ya istinadən xəbər verir ki, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktorun etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (Böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib.

Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib.

Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi Validə Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub.

Validə Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.
Direktor Ülviyyə Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.

V.Məmmədova isə özünü təqsirli bilməyib:

“1999-cu ildən həmin məktəbdə çalışıram. Ülviyyə Bayramova direktor təyin olunandan sonra pul yığdırmağa başladı, işçilərdən müxtəlif adlarla dəfələrlə pul alıb. Bütün bunlara görə də internetdə onun rüşvətxorluğu, saxtakarlığı, mənə təzyiq etməsi barəsində yazıb, paylaşım etmişəm, məktəbin həmkarlar təşkilatının iclasında çıxış etmişəm. Hesab edirəm ki, dediklərim həqiqətdir”.

Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay islah işləri cəzası verilib.

Son xəbərlər

Rabitəbank uşaq evini ziyarət etdi (FOTO)

“Kupça”sız evlər də sığorta pulu ödəyəcək? – AÇIQLAMA

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

Aqrar Sığorta Fondu fermerlərə növbəti dəfə ödəniş edəcək

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

"Utilizasiya proqramı Azərbaycanda avtomobilləri bahalaşdıracaq" - Millət vəkili

"Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq" - "Total"

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Aparıcı Azər Zahidə “stop” qoyula bilər - İş məhkəmədə!

ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? - ŞƏRH

Bayden ABŞ-da "fəlakətli defoltun" qarşısının alındığını elan etdi

Manatın effektiv məzənnələri il ərzində artıb

Bakıda təcili eniş edən "British Airways"in təyyarəsi yola düşüb

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub - FOTO

Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Bütün xəbərlər