BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov parlamentdaxili məsuliyyətə cəlb oluna bilər. 

Qaynarinfo xəbər verir ki, keçmiş sədr Milli Məclisin deputatı olsa da, iclaslara qatılmır. Vasif Talıbov ötən ilin dekabrın 21-də Naxçıvan MR Ali Məclisinin sədri postundan istefa verib. İstefasından sonra Milli Məclisin payız sessiyasının dekbarın 23-də, 27-də və 30-da plenar iclasları keçirilib. Vasif Talıbov bu iclasların heç birinə qatılmayıb. Dekabrın 30-da payız sessiyası işini başa çatdırıb və deputatlar yanvarın 15-nə kimi tətilə yollanıblar. 

2023-cü il fevralın 1-də Milli Məclisin yaz sessiyası işinə başlayıb. İndiyə qədər yaz sessiyasının 5 iclası keçirilib. Vasif Talıbov bu iclasların heç birində görünməyib. 

Milli Məclisin daxili nizamnaməsinin 6-cı maddəsinə görə iclaslarda üzrlü səbəblərdən iştirak edə bilməyən deputatlar bu barədə əvvəlcədən Milli Məclisin Aparatına məlumat verməlidirlər. 

Həmin maddədə o da qeyd edilir ki, Milli Məclisin iclasında üzürsüz səbəbdən iclasda iştirak edə bilməyəcəksə, qabaqcadan Milli Məclisin sədrindən icazə almalıdır. İcazə alaraq Milli Məclisin iclasında iştirak etməmək üzürlü səbəb sayılır. 

Vasif Talıbovun eyni zamanda Milli Məclisin komitələrinin iclaslarına da qatılmadığı bildirilir.

Milli Məclisin daxili nizamnaməsinin 45-ci maddəsində bildirilir ki, parlamentin və komitələrin iclaslarına üzrsüz səbəbdən qatılmayan deputatlar parlamentdaxili məsuliyyəyətə cəlb olunur. 

Nizamnamənin 46-cı maddəsində parlamentdaxili məsuliyyətə cəlb olunan deputata tətbiq edilən intizam tədbirlərinin siyahısı verilib. Həmin siyahını təqdim edirik:

1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi;

47-ci maddədən isə aydın olur ki, Milli Məclisin, onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində parlament sədri İntizam Komissiyasına təqdimatla müraciət edir. İntizam Komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.

Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar növbəti iclasda elan edilir.

Məlumatla bağlı Milli Məclisdən mövqe öyrənmək mümkün olmayıb. 

Son xəbərlər

Rabitəbank uşaq evini ziyarət etdi (FOTO)

“Kupça”sız evlər də sığorta pulu ödəyəcək? – AÇIQLAMA

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

Aqrar Sığorta Fondu fermerlərə növbəti dəfə ödəniş edəcək

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

"Utilizasiya proqramı Azərbaycanda avtomobilləri bahalaşdıracaq" - Millət vəkili

"Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq" - "Total"

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Aparıcı Azər Zahidə “stop” qoyula bilər - İş məhkəmədə!

ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? - ŞƏRH

Bayden ABŞ-da "fəlakətli defoltun" qarşısının alındığını elan etdi

Manatın effektiv məzənnələri il ərzində artıb

Bakıda təcili eniş edən "British Airways"in təyyarəsi yola düşüb

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub - FOTO

Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Bütün xəbərlər