06.02.2023 / 17:45
Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələr - FOTOLAR
26600
Türkiyədə baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalanlar arasında azərbaycanlı tələbələr də var.
Sfera.az-ın əldə etdiyi məlumata görə, onlar Hümam İsmayıllı, Samir Quliyev, Şahin Verdiyev və Gündüz Nəzərzadədir.
Qeyd edək ki, 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində Operativ Qərargah yaradılıb.
Operativ Qərargah Azərbaycan Respublikasının İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında yaradılmış Operativ Qərargahlarla əlaqəli şəkildə zəlzələdən zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşlarını müəyyənləşdirməkdədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay