BAKU Azərbaycan
18.96°C
  • USD
    1.7
  • EUR
    1.8896
  • RUB
    2.0988
  • TRY
    0.0438
  • GBP
    2.2441
24128

Sentyabrın 15-də İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

Valyuta.az xəbər verir ki, iclasda əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şirkətin Baş Direktoru Balakişi Qasımov İctimai Teleradionun yeni mövsümə hazırlıq məsələləri, həyata keçirilməsi planlaşdırılan layihələr barədə Şura üzvlərinə ətraflı məlumat verib. Ayrı-ayrı verilişlərin ictimai əhəmiyyəti, aktuallığı haqqında ayrıntılı müzakirələr aparılıb. Çıxış edən Yayım Şurasının sədri Muxtar İmanov, Şura üzvləri – Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova, Salman Musayev həyata keçirilən layihələr və planlaşdırılan işlər barədə fikir və təkliflərini səsləndiriblər.

Daha sonra Baş Direktorun təqdimatına əsasən, bəzi vəzifələr üzrə kadr təyinatı və struktur dəyişiklikləri müzakirə edilib.

Yayım Şurasının qərarı ilə Osmanova Günel Aslan qızı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mərkəzi Aparatının rəhbəri, Yusifzadə Aynur Firuddin qızı İnsan Resursları departamentinin direktoru, Dadaşov Əfsər Əziz oğlu isə Maliyyə departamentinin direktoru vəzifəsinə təyin ediliblər.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində aparılan kadr və struktur dəyişikliyi iş əmsalının yüksəldilməsinə xidmət edir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Universitetə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlanıb

Bakının bu küçəsi tam bağlanır

Azərbaycanda yeni medal təsis edildi

AZIR indeksi yeni metodologiya əsasında hesablanacaq

Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı

Süni intellekt “TikTok” fotolarını videoya çevirəcək

Azərbaycanda 11 mindən çox şəxs aliment ödəməmək üçün gizlənib - Rəsmi

Azər Şirvanzadə həbs edildi - 300 minlik dələduzluq

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Kassanın dolu olması hələ şirkətin qazanması demək deyil

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin