BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
23666

Fövqəladə Hallar Nazirliyinin bir neçə əməkdaşının intim xarakterli video və fotoları  yayılması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən araşdırmalara başlanıb. 

Valyuta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırmış, xidməti və sair asılılıqlarından yararlanmaqla cinsi ehtirasını təmin etmək kimi çirkin şəxsi niyyətlə qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparmış, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olmuşdur. 

Araşdırmalarla Zaur Mirzəyevin səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb cinayət xarakterli əməlləri ilə həmin şəxslərin hüquq və qanuni mənafelərinə, habelə Fövqəladə Hallar Nazirliyinin işgüzar nüfuzuna ciddi xələl gətirərək ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İş üzrə Zaur Mirzəyev avqustun 17-də şübhəli şəxs qismində saxlanılıb. 

Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bakı ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər reytinqində 3-cü yerdədir

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı (YENİLƏNİB)

Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişləndiriləcək

Reuters: Kanada Airbus-a Rusiya titanından istifadə etməyə icazə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin