BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.8382
  • RUB
    1.9101
  • TRY
    0.0466
  • GBP
    2.1905
23035

Yeni Azərbaycan Partiyasının əfsanə isimlərindən biri olan Hadi Rəcəbli uzun müddət sonra sükutu pozub.

Keçmiş deputat TV Musavata açıqlamalar verib. 

Elşad Paşasoya danışan sabiq millət vəkili gündəmdə olan mövzulara toxunub. O, eyni zamanda hazırda gördüyü işlərdən də danışıb. 

H.Rəcəbli həmçinin hazırki fəaliyyətindən, istirahətindən, bağında uzun illərdən bəri xanımı ilə bərabər, ərsəyə gətirdiyi gül-çjçəklərdən, meyvə ağaclarından bəhs edib

Qeyd edək ki, Hadı Rəcəbli 30 illik deputat təcrübəsi olan, Prezident Yanında İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasaının professoru, Elmi Şuranın üzvüdür.

Sözügedən reportajı təqdim edirik:

Qeyd edək ki, Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə kimi başlayıb. Sonra bu zavodda mühasib, texnoloq, iqtisadçı işləyib.

1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri olub.

Hadi Rəcəbli 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb.

1981-ci ildən Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində işləyib.

Hadi Rəcəbli 11-ci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Sonuncu dəfə 2015-ci ilin noyabrında 74 saylı Lənkəran kənd seçki dairəsindən Milli Məclisə deputat seçilib, 2020-ci ildə səlahiyyətlərini başa vurub.

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisində Əmək və sosial siyasət komitəsinin sədri olmuş H.Rəcəbli Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belarus, Çin, İran, Koreya, Serbiya, Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü idi.

Evlidir, dörd övladı var.

Siyasi elmlər doktoru, professor Hadi Rəcəbli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər kafedrasının professorudur.

O, həm də Yeni Azərbaycan Partiyasının üzvüdür.

2007-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuş sabiq deputat doqquz kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rubl və avro lirə qarşısında bahalaşdı

Bakının bəzi ərazilərinin qazı kəsiləcək

İş axtararkən edilən 6 səhv - SƏHƏR OXUSU

İş axtararkən edilən 6 səhv - SƏHƏR OXUSU

"ABC Ticarət və Tikinti"nin rəhbərinə “stop” qoyulub

Süni intellektli tozsoran təqdim edildi - XÜSUSİYYƏTLƏRİ

TSMC-nin satışları ilin əvvəlindən 40 faiz artıb

NASA-ya ağır zərbə: ABŞ-ın kosmik agentliyi "yox olma" həddində

Kibercinayətlərdə süni intellekt "inqilabı"

"5 gəlir mənbəyim var və təkcə "Amazon"dan illik 1 milyon dollardan çox qazanıram": Ceni Vudan tövsiyələr

"Yeni Klinika"nın testlərinə 18 mln. xərclənəcək

İş görüşməsindən əvvəl bu 3 şeyi edin ki, seçiləsiniz – sabiq "Google" əməkdaşı

Trampın siyasətləri "FED"in faiz dərəcələrinə təsir edəcək - "CNBC"

“Avtoyoltikintiservis” MMC yenə İcra Hakimiyyətinin tenderinin qalibi olub

İnşaat və tikinti sahəsinə qoyulan kreditlər artır: Bu, sektorun inkişafına necə təsir edir?

“Topxana Layihə İnşaat” şirkətinin 2 milyon vergi borcu var

"Foxconn" ilk böyük dil modelini təqdim edib

Azərbaycanda bu şirkətlərin də borcu var

"Ford" Almaniyadakı bölməsinə 4,8 mlrd. dollarlıq sərmayə yatıracaq

Bakıda mənzillər 11%-dən çox bahalaşıb

“Mer İnşaat”ın rəhbərinə stop qoyuldu

Maliyyə Nazirliyinin aparat rəhbəri dəyişdi

Əli Əsədov nazirləri topladı

Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu

Doğru yolda yeni karyera imkanları: Birbank-ın “PO Growth” proqramına start verildi®

Azərbaycanda internetin sürətinin digər ölkələrdən aşağı olmasının tarixi səbəbləri var

Azərbaycanda ən çox və ən az POS-terminalı olan regionlar

“Dostluq” kinoteatrı üçün bu şəxslərə 10 000 manata qədər mükafat veriləcək

“Dostluq” kinoteatrı üçün bu şəxslərə 10 000 manata qədər mükafat veriləcək

Bu tələbələr üçün yeni təqaüd proqramları təsis edildi

“Meday” MMC-nin Türkiyədən gətirdiyi bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin