BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
22679
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin Telman İsmayılovla görüşdüyü ortaya çıxıb. Bu barədə "New York Post” məlumat yayıb. 
 
Valyuta.az "New YorkPost”un Co Baydenin oğlunun rusiyalı oliqarxlarla əlaqəsindən bəhs edən yazısını təqdim edir:
 
"The Post"un əldə etdiyi məlumata görə, atası dünyanın ikinci ən güclü adamı olanda, Hunter Bayden Rusiyada Vladimir Putinlə yaxından əlaqəli ən azı dörd oliqarxla, o cümlədən hazırda ölkədə qətlə görə axtarışda olan biri ilə görüşub.
 
"Moskva Tayms” qəzetinin yazdığına görə, Telman İsmayılovla görüş 2012-ci il fevralın 17-də, onun vaxtilə nəşriyyata, səyahət şirkətinə və telekommunikasiya bölməsinə sahib olan nəhəng holdinq şirkəti olan AST qrupunun Moskvadakı baş ofisində baş tutub.
 
"Agence France-Presse" xəbər verir ki, 2017-ci ildə Rusiya hakimiyyəti İsmayılovu bir il əvvəl iki sahibkarın qətlinə görə 2 milyon dollar ödəməkdə ittiham edib. Rusiyanın ali federal istintaq orqanı olan Rusiya İstintaq Komitəsinin məlumatına görə, ticarət mərkəzi maqnatı Vladimir Savkin və Lyublino Motorsun təsisçisi Yuri Brilev Moskvanın Novorijskoye şossesində İsmayılovla biznes mübahisəsinə görə vurulub.
 
İsmayılovun vəkili "The Post"un nə iddia edilən qətllər, nə də Hunter Bayden ilə görüşlə bağlı sorğusuna cavab verməyib. Lakin Azad Avropa Radiosuna deyib ki, ittihamlar uydurmadır və "Rusiya Federasiyası tərəfindən siyasi və iqtisadi təqiblərin nəticəsidir". Fevralda Monteneqro ona sığınacaq verib.
 
Hanter Baydenin İsmayılovdan nə istədiyi bəlli deyil. Lakin səfər Hunter və ölkədəki varlı oliqarxlar arasında iki günlük görüş və salamlaşmanın bir hissəsi olub, Həmin dövrdə Hunter Bayden "Rosemont Seneca Partners" şirkətinin bir qolu olan "Rosemont Realty" üçün xarici sərmayə axtarmağa yönəlib. İnvestisiya şirkəti Hunter Bayden, Devon Arker və Kris Heinz tərəfindən birgə təsis edilib.
 
Görüşlərin tələsikliyi hansı məsələlərin müzakirə olunduğu və oliqarxların Hunter Baydenin atasına çıxış əldə etməyə cəhd edib-etmədiyi ilə bağlı suallar doğurur. 22 fevral 2012-ci ildə - Rusiyadan qayıtdıqdan bir neçə gün sonra Hunter Bayden Dəniz Rəsədxanasındakı evində vitse-prezident Baydenlə görüşüb. 
 
Təhlükəsizlik Araşdırmaları Qrupunun prezidenti Jim Hanson deyir ki, narkotik satıcısı və ya fahişələrdən başqa hər kəsin Hunter Bayden ilə görüşmək istəməsinin yeganə səbəbi atasına çıxış əldə etməkdir: "Onlar girişi satırdılar, bu onların biznes modeli idi. Bayden ailəsi Conun siyasi karyerasından faydalanmaqda iştirak edirdi”.
 
Qəribədir ki, Co Bayden prezident Donald Trampı Rusiya ilə əlaqələrinə görə tənqid edirdi. O zamankı namizəd Bayden 2020-ci ilin iyun ayında "tvit"ində "Donald Trampın bütün prezidentliyi Putinə hədiyyə oldu" yazmışdı. "Trampdan fərqli olaraq, mən demokratik dəyərlərimizi müdafiə edəcəyəm və Putin kimi avtokratlara qarşı duracağam”, o, avqustda əlavə edib.
 
"The Post" 2019-cu ilin aprelində Delaver ştatında kompüter təmiri sexində Hunter Bayden unutduğu diskdə tapdığı məlumatlar onun təqvimindəki digər milyarder oliqarxlar arasında Rusiyanın dövlət konqlomeratı "Rostec"in (keçmiş Rostexnologi) baş direktoru Sergey Çemezov, Vladimir Evtuşenkov, "Sistema” holdinqinin prezidenti və Rusiya daşınmaz əmlak baronu Samuil S. Karapetyan da var.
 
Hunterin Rusiyaya səfərləri Rusiyanın Ukraynaya təcavüzündən əvvəl və Obama administrasiyasının iki ölkə arasında münasibətləri "yenidən qurmağa” çalışdığı bir vaxta təsadüf edib.
 
"Yanvarda Respublikaçılar Nümayəndələr Palatasını geri alanda, Bayden ailəsinin Rusiya və Çinlə qaranlıq əlaqələri araşdırılmalıdır. Ola bilsin ki, Hunterin xarici vətəndaşlarla münasibətləri Bayden Administrasiyasının niyə "Amerika sonuncu” xarici siyasəti yürütdüyünü izah edir”, deyə Konqresmen Nikol Malliotakis "The Post"a bildirib.
 
Çemezov 1980-ci illərdən, hər ikisi Şərqi Almaniyada işləyən gənc KQB agenti olduqları vaxtdan Rusiya prezidenti Vladimir Putinin yaxın dostu olub. O, 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra və 2022-ci ildə ölkənin qalan hissəsini ələ keçirməyə cəhd göstərdiyi üçün yenidən ABŞ sanksiyalarına məruz qalıb. Onun super yaxtası mart ayında İspaniya tərəfindən ələ keçirilib.
 
285 futluq "Ace” superyaxtasının sahibi və "Forbes”in "Rusiya daşınmaz əmlakının kralı” adlandırdığı, Putinə yaxın olan Karapetyanın ABŞ sanksiyalarına düşmədiyi məlumdur.
 
Yevtuşenkov Ukraynadakı hazırkı müharibəyə görə həm İngiltərə, həm də Avstraliya tərəfindən sanksiyaya məruz qalıb - baxmayaraq ki, o, ABŞ-ın cəzası ilə də üzləşməyib. O, rusiyalı milyarder Yelena Baturinanın bacısı, devrilmiş Moskva meri Yuri Lujkovun dul arvadı ilə evlidir.
 
Senatorlar Çuk Qrassli və Ron Conson tərəfindən 2020-ci ildə açıqlanan hesabata görə, Baturina 2014-cü ildə Hunter Bayden tərəfindən təsis edilmiş bir investisiya şirkəti ilə "məsləhət müqaviləsi"nə görə 3,5 milyon dollar ödəyib. Hunter Bayden şirkətin həmtəsisçisi olduğunu təkzib edir.
 
Daha sonra Yevtuşenkov Nyu-Yorkda Hunter ilə 2012-ci il martın 14-də Mərkəzi Parkın yaxınlığındakı Ritz-karltonda səhər yeməyi yeyib. Yevtuşenkovun sözçüsü daha əvvəl "The Post”a bildirib ki, bu görüş "investisiya imkanları üçün ABŞ-a adi işgüzar səfərin bir hissəsidir”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət İmtahan Mərkəzi 201 min manatlıq yemək alır

Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Avropa Rusiyadan tədarüklər hesabına qaz istehlakını rekord həddə çatdırıb

19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi, 70 min manat ziyana düşdü (FOTO)

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib (FOTO)

ASK öz törəmə şirkətini məhkəməyə verdi

Vergi ödəyicilərinin nəzərinə - (VİDEO)

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin ®

Qazaxıstan 600-dən çox neft quyusunun işini dayandırıb - Səbəb?

“Bank Avrasiya” ötən günləri qaytara bilmir - Mənfəətdə milyonluq azalma!

“Bank Avrasiya” ötən günləri qaytara bilmir - Mənfəətdə milyonluq azalma!

Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də! ®

WhatsApp-a çat filtrləri əlavə edilib

AQTA sədri: Azərbaycan dünyada qidası təhlükəsiz olan ən öndəgedən ölkələrdən biridir

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxardı

Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

AAYDA-nın səhlənkarlığı qəzaya səbəb oldu - Məhkəmə qərar verdi

"Bank of Baku" məhkəməyə verildi (SƏBƏB)

Xaricdən alınan nəqliyyat vasitələrinin dəyərində 140 milyon dollarlıq azalma olub

Azad Cəfərli Ağsuda vətəndaşları qəbul edəcək

Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar

Sabah Bakıda 27, bölgələrdə 30 dərəcə isti olacaq

Motosikl və elektrik mühərrikli velosipedlər üçün idxal gömrük rüsumu müəyyənləşdi

Rəhbərlərin hansı səhvləri işçilərin şirkəti tərk etməsinə səbəb ola bilər?

"Prius"larda şok ucuzlaşma - Bir ay fərqlə qiymətlər

Bu 2 şirkət xaricdə işə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirib

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

“Expressbank” 3 ayda 25 milyon depozit itirib, mənfəəti azalıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin