Azərbaycan və Rusiya maliyyə sektorunda əməkdaşlıq edəcək
Azərbaycan və Rusiya milli qanunvericilikləri və pul-kreditsiyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edib.
Valyuta.az xəbər verir ki, bu barədə iki ölkənin ötən gün imzaladığı "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də bildirilir.
Sənəddə həmçinin deyilir ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay