BAKU Azərbaycan
18.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barəsində daxil olmuş məlumat əsasında cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 04 oktyabr 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Bu barədə Valyuta.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, bu gün, “Günay Bank” ASC tərəfindən bir sıra kütləvi informasiya vasitələrinə açıqlama verilərək, iş üzrə təqsirləndirilən şəxs Rauf Hüseynovun guya bir müddətdir ki, tutduğu vəzifədən azad olunduğunu bildirib. 

Açıqlamada, onun qeyd edilən bankda işlədiyi müddətdə hər hansı qeyri-qanuni əməlinin öz təsdiqini tapmadığını, ümumiyyətlə, R.Hüseynovla bağlı yayılan məlumatların "Günay Bank"la heç bir əlaqəsinin olmadığını söylənilib.  

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, Rauf Hüseynov “Günay Bank” ASC-nin 7 saylı filialının müdir müavini vəzifəsində 20 fevral 2018-ci il tarixdən - 29 sentyabr 2021-ci il tarixədək işləyib.

Qanunsuz əməllərlə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 15 sentyabr 2021-ci il tarixdə R.Hüseynovun çalışdığı bankdakı xidməti otağına baxış keçirilib, aşkar edilmiş cinayət faktları ilə bağlı 16 sentyabr 2021-ci il tarixdə cinayət işi başlanılıb və yalnız bundan sonra, yəni 29.09.2021-ci il tarixdə R.Hüseynov tutduğu vəzifədən azad olunub.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır.

Ömər Vəzirli

Son xəbərlər

Mərkəzi Bank "FNC” BOKT-a lisenziya verib

28 may qeyri-iş günü, 18 oktyabr iş günü olacaq

“AzerGold”un ilk Satış və mübadilə mərkəzi fəaliyyətə başlayıb

ABŞ-da 1 trilyon dollarlıq platin sikkə buraxıla bilər

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

Xanm şöbə müdiri təyin edildi

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb

Bitkoinin qiyməti 55 min dollara yaxınlaşdı

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

"BakuBus”un yarım milyonluq test xidməti

Prezidentdən icra başçısı təyinatı - SƏRƏNCAM

"Biz qonşumuz Ermənistanla əlaqələr qurmaq istəyirik" - İlham Əliyev

Bank “BTB”də səhmdarların növbədənkənar yığıncağı keçiriləcək

Prezident səfiri geri çağırdı - Yeni təyinat

Dövlət satınalmaları barədə qaydalar dəyişib

Azərbaycan hotelləri ulduz sertifikatını necə almalıdır?

“Formula 1” üzrə Türkiyə Qran-Prisi 150 milyon dollar gəlir gətirəcək

Gürcüstan Azərbaycanla regional nəqliyyat layihələrini müzakirə edəcək

Dünya Bankı bu il üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Bütün xəbərlər