“Günay Bank”da 54 milyon dollarlıq yeyinti – Bu vəsait hara sərf olunub?
“Günay Bank” ASC-nin 7 saylı filialının vəzifəli şəxsləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə Valyuta.az-a Baş Proqkurorluqdan xəbər verilib.
Müəyyən edilib ki, 7 saylı filialın müdir müavini Rauf Hüseynov 2018-2021-ci illər ərzində yaxın qohum və tanışlarının adına 585 şirkət təsis etməklə həmin şirkətlərin müvafiq dövlət orqanlarında qeydiyyata alınmasına nail olub.
Rauf Hüseynovun işlədiyi müəssisənin yaxınlığında icarəyə ofis götürüb qanunsuz olaraq ayrı-ayrı şəxsləri işə cəlb etməklə müxtəlif fiziki və hüquqi şəxslərə məxsus ümumilikdə 53 milyon 933 min manat məbləğində pul vəsaitini özünün faktiki idarə etdiyi şirkətlərin bank hesablarına köçürülərək rəsmi möhür və elektron imzalardan istifadə edib nağdlaşdırmasına və bununla da, qanunsuz olaraq xüsusilə külli miqdar təşkil edən 780 min 691 manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr yaranıb.
İş üzrə toplanmış sübutlar əsasında Rauf Hüseynov Cinayət Məcəlləsinin 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət iş üzrə əlavə halların, eləcə də digər təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq tədbirləri davam etdirilir.
Ziya İkramlı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay