Azərbaycanda “SF Azerbaijan” adlı BOKT yaradıldı
Bakıda yeni bank olmayan kredit təşkilatı təsis edilib.
Ötən gün İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
“SF Azerbaijan” BOKT MMC Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rəhimov, ev 179A hüquqi ünvanında qeydiyyata alınıb.
Təşkilatın nizamnamə kapitalı AMB-nin BOKT-lar üçün nəzərdə tutulan minimal normativdə – 300 000 manatla qeydiyyata alınıb.
BOKT-un qanuni təmsilçisi Fuad Muradov Cəlil oğludur.
Bu ünvanda “Muğan Bank”a yaxın sayılan “MFX-Trading İnvestisiya Şirkəti” ASC və “Muğan Lizinq” MMC də fəaliyyət göstərir.
Qeyd edək ki, cari ildə “FNC Bank Olmayan Kredit Təşkilatı” MMC, “Finkapital Bank Olmayan Kredit Təşkilatı” MMC, “AzFinans” Bank Olmayan Kredit Təşkilatı MMC dövlət qeydiyyatına alınıb.
Mənbə: Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay