BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8205
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1193
18475

2021-ci ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb. 

Valyuta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Umayra Tağıyeva buna misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını diqqətə çatdırıb.

Onun sözlərinə görə, elə bircə bu fakt iqlim dəyişmələrinin təzadlı olmasını göstərir. 

“Qısa müddətdə biz Respublika üzrə 6 dəfə dolu hadisəsinin, leysan xarakterli güclü yağışlar nəticəsində Böyük Qafqaz ərazisindən axan Talaçay-Zaqatala, Balakənçay-Balakən, Əyriçay-Baş Daşağıl məntəqələrindən, Lənkərançay-Sifidor məntəqəsindən, Katexçaydan keçən qısamüddətli sel hadisələrinin şahidi olmuşuq”.

Xidmət rəisi qeyd edib ki, ümumilikdə Bakıda havanın orta sutkalıq temperaturu 24.5 dərəcə isti təşkil edib ki, bu da normadan 1.7 dərəcə yüksəkdir: 

“Sentyabrda havanın temperaturu 17 gün normadan yüksək (1.0-5.5 dərəcə), 4 gün isə normadan aşağı olub. Bakıda əsasən şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 28 m/s–dək çatıb.

Çoxillik meteoroloji müşahidələrə görə, sentyabr ayı üzrə ən isti hava Bakıda 2003-cü ilin sentyabrın 1-də qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 37.6 dərəcə isti olub. Sentyabr ayı üzrə ən soyuq hava isə 1956-cı il sentyabrın 26-da Bakıda qeydə alınıb. Həmin tarixdə havanın minimal temperaturu 6.9 dərəcə isti olub”.

Ölkə ərazisində yağıntıların ay ərzində qeyri-bərabər paylanıldığını deyən Xidmət rəisi qeyd edib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 23, Qazax-Gəncə zonasında 45, Zaqatalada 134, Balakəndə 175, Mərkəzi Aran zonasında 17, Lənkəran-Astara zonasında 110 faizini təşkil edib.

Xidmət rəsmisi atmosfer havasının keyfiyyətinin monitorinqinin Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Səbail inzibati rayonları ərazisində, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyini qeyd edib:

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb. Sentyabrın I ongünlüyündə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.7, dəm qazı isə 1.1 dəfə, II ongünlükdə isə hidrogen sulfid yol verilən qatılıq həddindən 2.5, dəm qazı 1,1 dəfə yüksək müəyyən edilib.

Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, azot, karbon və kükürd oksidlərinin, eləcə də, PM10 dirspers tozun və karbohidrogenlərin miqdarı xeyli aşağı düşüb.

Mütəxəssislərin rəyinə görə, atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normaya uyğun olmasına səbəb son zamanlar Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin ekoloji normalara riayət etmələri, nəqliyyat vasitələrinin hərəkətinin bir qədər azalması və bəzi ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı olub”.

Xidmət rəisinin sözlərinə görə, bu ilin sentyabr ayında transsərhəd gətirmələrin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb: 

“Eləcə də, şimal, şimal-qərb küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub”, - deyə U.Tağıyeva vurğulayıb.

Ziya İkramlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Mühafizə şirkəti məhkəməyə verildi

Rusiyada yük maşını sürücülərinin çatışmazlığı 25%-ə çatdı

"Hom-Paş Prestij" məhkəməyə niyə verilib?

"A-Group Sığorta Şirkəti" cərimələnir

Ukrayna mayda Dnepr SES-in bərpasına başlamağı planlaşdırır

Dövlət xidmətindən “Azpetrol”a 60 min manatlıq sifariş

NASA BKS-də mutant canlılar aşkarlandığını açıqladı

Rusiya aktivləri Ukraynaya keçəndən sonra dollar ucuzlaşacaq - İqtisadçı

İki məşhur şirkət arasında alqı-satqı qalmaqalı

"Meta"nın gəlirləri artıb

Bloomberg: Rusiyanın aktivlərinin müsadirəsi kütləvi de-dollarizasiyaya səbəb ola bilər

Gömrük Komitəsi “Coca-Cola” şirkətini nədə ittiham edir?

Britaniya vasitəçilərdən rekord həcmdə Rusiya nefti alır

Xarici ölkələrə tomatın kiloqramını neçəyə satırıq? - 3 ayda ölkəyə 45 milyon dollar gəlir gətirib

Dünyanın ən böyük daşıyıcılarından biri nəhayət ki, Rusiya və Çinlə işə son qoydu

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir ®

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi ®

Naxçıvan DSMF-nin sədri işdən çıxarıldı

Türkiyədə lirə ilə bağlı qərar verildi

Prezidentlər Füzuli və Ağdama səfər edib (YENİLƏNİB)

ABŞ-da məşhur konsaltinq şirkətinə qarşı opioid epidemiyasına görə cinayət işi açıldı

“TikTok” Türkiyədə də qadağan olunur? - Rəsmilər Türkiyə Böyük Millət Məclisinə dəvət olunub

Bağışlanma müqaviləsi hansı halda ləğv edilə bilər?

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Bakıda yeni

Bakıda yeni "mall" bu tarixdə açılacaq (FOTO)

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin