BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
18472

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 580 milyon 597 min manat sığorta haqqının 448 milyon 670 min manatı və yaxud 77,3%-i 5 sığorta şirkətinin payına düşüb.

Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (212 milyon 689 min manat), "PAŞA Sığorta" (127 milyon 406 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 49 milyon 442 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (31 milyon 272 min manat) və “Qala Sığorta” (27 milyon 861 min manat) ASC-lərdir.

8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə bazara yeni daxil olmuş “Meqa Həyat Sığorta” (306 min manat), eləcə də "Naxçıvan Sığorta" (1 milyon 563 min manat), “Bakı Sığorta” (3 milyon 455 min manat), “Xalq Həyat Sığorta” (3 milyon 554 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (3 milyon 612 min manat) ASC-lərdir. 

Adları çəkilən şirkətlər ümumilikdə 12 milyon 490 min  manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,1%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 119 milyon 437 min manat (20,6%) təşkil edib. Sığorta ödənişlərinin 88%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 339 milyon 866 min manat sığorta ödənişinin 299 milyon 213 min manatı və yaxud 88%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (169 milyon 286 min manat) və “PAŞA Sığorta” (49 milyon 493 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 44 milyon 588 min manat), eləcə də "Atəşgah Həyat Sığorta" (21 milyon 861 min manat) və “Xalq Sığorta” (13 milyon 985 min manat)  ASC-lərdir.

8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (29 min manat), “Xalq Həyat Sığorta” (88 min manat), “Naxçıvan Sığorta” (233 min manat) və “Bakı Sığorta” (579 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 929 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 39 milyon 724 min manat (11,7%) təşkil edib. 

Mənbə: Renkinq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Hansı növ unların tərkibi dəmirlə zənginləşdirilməlidir? (ŞƏRH)

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı

Dövlət İmtahan Mərkəzi 201 min manatlıq yemək alır

Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Avropa Rusiyadan tədarüklər hesabına qaz istehlakını rekord həddə çatdırıb

19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi, 70 min manat ziyana düşdü (FOTO)

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib (FOTO)

ASK öz törəmə şirkətini məhkəməyə verdi

Vergi ödəyicilərinin nəzərinə - (VİDEO)

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin ®

Qazaxıstan 600-dən çox neft quyusunun işini dayandırıb - Səbəb?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin