BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
18447

"Bakı Metropoliteni" paytaxtda təhsil müəssisələrində tədrisin başlaması ilə bağlı stansiyalara nəzarəti gücləndirib.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bu məqsədlə Bakı metropoliteni optimal hərəkət qrafikində sıxlaşma aparıb: 

"Bu hərəkət qrafikində sıxlaşmalar 2019-cu ilin eyni dövrü ilə müqayisəli şəkildə tətbiq olunub. Çünki Bakı metropoliteni sonuncu dəfə 2019-cu ildə normal qrafiklə fəaliyyət göstərib.

Bununla belə, pandemiya dövrü bitmədiyindən, karantin müddəti uzadıldığından bütün müəssisələrin iş fəaliyyətində dəyişiklik ola bilər. Bütün bunlara metropoliten işçiləri hazır olmalıdır. Ona görə də monitorinq və yoxlamaların istiqaməti və intensivliyində bir sıra dəyişiklik edilib. Sərnişinlər arasında təbliğat, işçilər arasında nəzarət monitorinqləri intensivləşdirilib".

Qurum rəsmisi bildirib ki, yeni tədris ilinin başlanması və müəssisələrin fəaliyyətinin bərpası ilə bağlı metro sərnişinlərinin sayında dəyişiklik ola bilər: 

"Bu məqsədlə metroda ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, stansiyalardan sıxlığın qarşısını almaq üçün həmin qatarlar xəttə buraxılacaq. Hərəkət dəyişikliyi mütəmadi olarsa, metropoliten qatarların hərəkət qrafikində dəyişiklik edəcək.

Hazırda metro stansiyalarında optimal hərəkət qrafiki tətbiq edilib. Yəni hazırda qatarlar arasında interval "Həzi Aslanov" - "28 may" stansiyaları arasında 2 dəqiqədir".

B.Məmmədov deyib ki, bu gün səhər saatlarında metro stansiyalarında sərnişin sayında artım olsa da, bu o qədər də çox deyil. 

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin