Sabiq bank xəzinadarından xəbər var: Məhkəməsinın vaxtı açıqlandı
Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Cəfər Sadıqzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Valyuta.az xəbər verir ki, hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, “Rabitəbank” ASC-nin Lənkəran rayon filialının xəzinədarı olmuş Sadıqzadə Cəfər Ceyhun oğlunun qanunsuz hərəkətləri barədə daxil olan müraciət əsasında Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla C.Sadıqzadə tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə işlədiyi bankda ona etibar edilən kassadan ümumilikdə 563 min manat və 1 300 ABŞ dolları məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Bu il aprelin 20-də C.Sadıqzadə şübhəli şəxs qismində tutulub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay