Qanunsuz balıq ovu edən şəxslər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Xidmət rəsmisi bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakini Zülfü Süleymanov, Coşqun Dadaşov, Bakı şəhər sakini Akif Baxşıyev, Ağcabədi rayon sakini Rəhman Quliyev olduğu müəyyən edilib.
B.Məmmədov qeyd edib ki, faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.
“Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində ov etdiklərinə görə Lerik rayon sakini Əlizadə Sayılov, Neftçala rayon sakini Famil Mirzəyev, Ucar rayon sakini Xeyrəddin Məmmədov, Bakı şəhər sakinləri Babək Əliyev, Həşim Həsənov, Anar Alıyev, Əziz Əliyev, Qusar rayon sakinləri Şadlıq Saruxanov, İlqar Asanov, Sabirabad rayon sakini Tahir Muxtarov, Biləsuvar rayon sakini Mikayıl Əhmədov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib”, - deyə Xidmət rəisi əlavə edib
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay