Xəbər
20.09.2021 / 17:08
Banklar tərəfindən verilən kreditlərin məbləği açıqlandı
18380
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, avqustun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 367,7 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Sənədə əsasən, ümumi kredit portfelinin 12 milyard 640 milyon manatı və ya 82,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 937,5 milyon manat olub və ümumi kredit portfelinin 6,1 faizini təşkil edib.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay