Xəbər
20.09.2021 / 14:14
Qanunsuz qum daşıyanlar cəzalandırıldı
18364
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində keçirilən növbəti nəzarət tədbirləri zamanı rayonun sahil zolağından ekskavator və “MAZ” markalı 27-BU-102 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Valyuta.az-a bildirib ki, araşdırma zamanı qum daşıyan şəxslərin Xaçmaz rayon sakinləri Rauf Məmmədov və Eldar Kiçikbəyov olduğu məlum olub.
O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və onlar inzibati məsuliyyətə cəlb ediliblər.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay