16.09.2021 / 17:22
Bakıda təhsil işçilərinin 90 faizə yaxını vaksinasiyadan keçib
18272
"Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 471 661 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olacaq".
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir Mehriban Vəliyeva deyib.
O qeyd edib ki, son statistikaya görə Bakı üzrə 90 faizə yaxın vaksinasiyadan keçən təhsil işçiləri var.
M.Vəliyeva əlavə edib ki, yeni tədris ilə əlaqədar məktəblərdə sanitar-epidemioloji tədbirlər gücləndirilib.
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay