Xəbər
16.09.2021 / 14:10
Tənəffüsdə şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək - Nazirlik
18258
Məktəblərdə tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək.
Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.
O bildirib ki, bununla bağlı yeni təlimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır:
“Şagird sıxlığı müşahidə olunan məktəblərdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təhlillər aparılır. Nəzərdə tutulur ki, şagird sayı çox olan sinifləri daha böyük ölçülü siniflərə keçirilsin. Bir partada bir yox, iki uşağın da oturması məsələsi var”.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay