16.09.2021 / 13:14
Yaxın iki ildə ibtidai siniflərdə əsas dərsliklər yenilənəcək
18242
"2021-2022-ci tədris ilində I və II siniflərdə Azərbaycan dili (dövlət dili kimi) və Riyaziyyat fənlərindən yeni dərsliklərin kütləvi şəkildə tətbiqi nəzərdə tutulub. III və IV siniflərdə isə ümumilikdə 230 məktəbdə pilot sınağı təşkil ediləcək".
Bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.
Onun sözlərinə görə, yaxın 2 il ərzində ibtidai siniflərdə əsas dərsliklər yenilənəcək:
"Bu dərsliklərdə iş dəftərləri, eyni zamanda, müəllimlər üçün "Bələdçi" kitabçası var. Ancaq monitorinqlər onu göstərir ki, müəllimlər bu kitabçadan o qədər də istifadə etmirlər. Onlar hələ yeni çağırışlara uyğunlaşa bilmirlər, bu da başa düşüləndir".
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay