Xəbər
15.09.2021 / 16:47
Azərbaycanda kredit portfelinin ümumi məbləği kəskin artıb
18198
2021-ci il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 367,7 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.
Mərkəzi Bankın təqdim etdiyi məlumata istinad edən sənədə əsasən, ümumi kredit portfelinin 12 milyard 640,0 milyon manatı və ya 82,3 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 937,5 milyon manat olub və ümumi kredit portfelinin 6,1 faizini təşkil edib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay