Xəbər
14.09.2021 / 18:09
Azərbaycanda ən yüksək maaş 3200 manatdan çoxdur
18140
2021-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 728,5 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında məlumat verilib.
Bildirilir ki, bu gəlirlər 2020-ci ilin müvafiq dövrünə nisbətən cəmi 1,8 faiz artıb.
Əməkhaqqı neft-qaz sektorunda 3207,5 manat, qeyri neft-qaz sektorunda 678,1 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 646,2 manat, özəl müəssisələrdə isə 827,8 manat olub.
Ömər Vəzirli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay