BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8043
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0524
  • 1 İngiltərə funt sterlinqi
    2.1135
18119

Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcud vəziyyət, yeni tədris ilinə hazırlıq və qarşıda duran vəzifələrə həsr olunan onlayn müşavirələr keçirilib.

Valyuta.az xəbər verir ki, təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə keçirilən müşavirələrdə rayon (şəhər) təhsil şöbə (idarə) müdirləri, Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin, uşaq-gənclər idman-şahmat məktəblərinin direktorları və respublika ərazisində fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin direktorları da iştirak ediblər.

Müşavirələrdə çıxış edən nazir müavini Firudin Qurbanov yeni tədris ilinə hazırlıqla bağlı görüləcək işlər barədə danışıb, təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili zamanı nizam-intizam və təhlükəsizlik məsələlərinə toxunub, xüsusi karantin rejiminin qaydalarına riayət edilməsinə dair tövsiyə və tapşırıqlarını verib.

Müşavirələrdə təhsil işçilərinin vaksinasiyası prosesinə də toxunulub. Qeyd edilib ki, vaksinasiya və ya immun pasportu, vaksinə qarşı əks göstəriş sertifikatı olmayan müəllim və texniki işçilərin təhsil müəssisələrinə buraxılmasına icazə verilməyəcək. 

Həmçinin bildirilib ki, pandemiya şəraitində tədrisə əyani başlamaq üçün zəruri tədbirlər həyata keçirilib, təhsil müəssisələrinin yeni tədris ilinə hazırlıqları ilə bağlı sanitar-gigiyenik normalara əməl olunması ilə bağlı müvafiq iş aparılıb.

Müşavirələrdə sözügedən təhsil müəssisələrində mövcud vəziyyət, qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb, gündəlikdəki məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Nazir müavini Firudin Qurbanov sonda çıxış edərək 2021-2022-ci tədris ilinə hazırlıqla bağlı məsələlərin sürətləndirilməsini diqqətə çatdırıb, yeni tədris ilinin başlanmasınadək təhsil işçilərinin daha çox sayda vaksinasiya prosesinə qoşulmasının vacibliyini vurğulayıb və qarşıdan gələn yeni tədris ili münasibətilə pedaqoji kollektivlərə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kapital Bank 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib ®

Mərkəzi Bank məhkəməyə verildi - Səbəb

ABŞ İsrailə hücumdan sonra İrana qarşı sanksiyalar hazırlayır

Bələdiyyələr bu halda birləşəcək

İcra hakimiyyətinin tenderi baş tutmadı

"WhatsApp"da artıq "Mesajını görməmişəm" dövrü başa çatır

Prezidentin sədr təyin etdiyi Adıgözəlov kimdir? - Dosye

Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - SƏRƏNCAM

Ən çox balı onlar topladı (SİYAHI)

Emin Əmrullayevdən Xankəndi və Xocalıda məktəb infrastrukturu ilə bağlı AÇIQLAMA

Prezident: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

Həcc ziyarəti üçün kvota bəlli olub

İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoydu, çıxış etdi (YENİLƏNİB)

Xəzərdə süni torpaq sahələri hansı məqsədlər üçün istifadə oluna bilər? - Deputat açıqladı

ABŞ Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi

Azərbaycanın ən çox məhsul satdığı MDB ölkələri – TOP 5

Etibar Məmmədovun oğluna "SOCAR Türkiyə"də vəzifə verilib? (AÇIQLAMA)

Bakıda 24 dərəcə isti olacaq

İşə yeni başlayan menecerlər üçün 7 məsləhət

Elman Rüstəmova məxsus olduğu deyilən bank cərimələnə bilər

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

Bu tarixdən maaş, pensiya və müavinətlər artırıla bilər

Kasıblığı iliklərinə qədər yaşadı – 77 yaşında dünyanın ən varlı adamlarından oldu

Sinan Ergin Bakıda bir günlük master klass keçəcək

Onlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır?

“Bakı Sığorta”nın yığımları 40%-dən çox azalıb

Valideynlər övladının təhsili üçün ayda nə qədər pul ayırmalıdır?

Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır - Deputat məbləği açıqladı

Taleh Kazımov: "Azərbaycanda sığorta sektoru son 3 ildə 34 % böyüyüb"

"Xiaomi"dən növbəti yenilik: 180 günə qədər batareya ömrü olan ağıllı üzük

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin