Bu il qeyri-neft sektoru üzrə kəsirlər 3 dəfə artıb – Mərkəzi Bank məbləği açıqladı
2021-ci ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 4.4 milyard ABŞ dolları təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının yaydığı hesabatda açıqlanıb.
Sənədə əsasən, bunun 2.9 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.5 miyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 2.1% azalaraq 1.3 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 976.9 milyon dollardır (20.1% azalma).
Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 323.6 milyon dollar (3.1 dəfə artım) olub.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay