BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
17866

Azərbaycan İnvestisiya Holdinqinin tabeliyindəki dövlət şirkətləri dövriyyəyə şəriət qaydaları ilə istiqraz (adi istiqrazların islami ekvivalenti) - sukuk buraxa bilər.

Bununla bağlı holdinq İslam İnkişaf Bankı Qrupunun (IsDBG) qolu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə əməkdaşlıq etmək niyyətindədir. Artıq tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.

 

Bəs Azərbaycanda buraxılacaq islam istiqrazlarına müştəri tapılacaqmı? Ümumiyyətlə bu cür emissiya hansı iqtisadi nəticələr doğuracaq?

 

Bu barədə “Report”a açıqlama verən islam bankçılığı üzrə ekspert Ruslan Atakişiyev hesab eidr ki, sukuk ölkəyə qısa zamanda 100 milyonlarla dollar axın təmin edəcək: 

“Azərbaycanda sukukun emissiyasının əsas məqsədi yeni maliyyə mənbələrinin müəyyən olunmasıdır. Belə ki, ölkə daxilində haram sayaraq istiqraz almayan kifayət qədər insan var. Digər tərəfdən Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn kimi körfəz ölkələrində Azərbaycana investisiya qoymaqda maraqlı olan, lakin eyni səbəbdən bunu etməyənlər kifayət qədərdir. Sukukun emissiyası AİH-nin idarəetrməsində olan şirkətlərə qısa zamanda külli miqdarda vəsaitin axınını təmin edəcək. Burada söhbət 100 milyonlarla dollardan gedir”.

Onun sözlərinə görə, sukuk üzrə gəlirlilik bəzi hallarda ənənəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur: 

“Ənənəvi istiqrazlar üzrə gəlirlilik fiksə olunmuş faiz üzrə hesablanır. Nəticədən aslı olmayaraq sonda faiz gəlirlərini istənilən halda almış olursunuz. Sukukda müəssisənin xalis mənfəətinə şərik olursunuz. Yəni onun risklərini bölüşürsunuz. Bu məqam ilk baxışda sukukun ənnənəvi istiqrazlara nisbətən daha riskli olması görüntüsü yaratsa da əslində məsələ tam da belə deyil. Beynəlxalq təcrübədə sukukun risklərinin müxtəlif yollarla minimuma endirilməsi mexanizmləri mövcuddur.

Belə ki, borclanmaya gedən tərəf zərər etdikdə sukuk üzrə ödəliklərini əvvəlki illərin mənfəəti hesabına, əlavə borclanmaya getməklə və ya sığorta hesabına ödəyə bilir. Nəticə etibarı ilə risklər klassik istiqrazlarla bərabər səviyyədə olur. Lakin sukukun gəlirliyi əvvəlcədən razılaşdırılmış şəkildə deyil, nəticəyə bağlı olduğuna görə bəzi hallarda ənnəvi istiqrazlarla müqayisədə xeyli yuxarı olur. Bu baxımdan ona tək müsəlmanlar deyil qeyri müsəlmanlar da investisiya aləti kimi müraciət edirlər”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda sukuk tətbiq olunan zaman qanunvericilik baxımından bəzi uyğunsuzluqlar ortaya çıxa bilər: 

“Sukuka münasibətdə ikiqat vergiyə cəlb olma məsələsi yarana bilər. Bu, sukukun təbiətindən irəli gəlir. Belə ki, o, istiqraz olduğuna görə faiz gəlirləri, faktiki olaraq mənfəətdən gəliri nəzərdə tutduğuna görə isə dividend kimi vergiyə cəlb oluna bilər.

Sukunun cəlbediciliyini artırmaq üçün vergi və mülki məcəllədə müəyyən islahatların aparılması labüddür. Onun statusu tam şəkildə müəyyən olunmalıdır. Müvafiq müddəalar qanuvericilikdə öz əksini tapmalıdır”.

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin