Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard dolları ötdü: Beşillik maksimum yeniləndi
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin avqustun 31-nə 7 milyard 43 milyon ABŞ dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə AMB-nin hesabatında qeyd edilib.
Bu vəsait 2015-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Belə ki, bankın valyuta ehtiyatlarının həcmi bundan çox sonuncu dəfə 2015-ci ilin avqustun 31-də olmuşdu – 7 milyard 315 milyon manat.
2015-ci ilin əvvəlindən bəri AMB-nin valyuta ehtiyatlarının ən aşağı səviyyəsi isə 2016-cı ilin yekununda (31.12.2016) qeydə alınmışdı – 3 milyon 974 milyon dollar.
Sözügedən tarixdən ölkənin maliyyə tənzimləyicisinin rəsmi valyuta ehtiyatları 77,2% artıb.
Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.
Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.
Bundan əvvəl apreldə AMB-nin valyuta ehtiyatlarının 2021-ci ildə 6,3 mlrd. dollar, 2022-ci ildə isə 6,5 mlrd. dollar təşkil edəcəyini güman edən BVF, sözügedən növbədən kənar maliyyə bölgüsündən sonra çox güman, öz proqnozlarına düzəliş etməli olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay