Azərbaycanda 10 bank mənfəət vergisini vaxtından əvvəl ödəyib
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u mənfəət vergisi ödəmək üçün ilin sonunu gözləməyib.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", "PAŞA Bank", "Bank of Baku", "Xalq Bank", "Express Bank", “Naxçıvan Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lər, eləcə də "Yapı Kredi Bank Azərbaycan" QSC-dir.
Adları çəkilən banklar bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ümumilikdə 62,753 milyon manat mənfəət vergisi ödəyiblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (27,023 milyon manat), ən aşağı göstərici isə “Zıraat Bank Azərbaycan”da (197 min manat) qeydə alınıb.
Qalan 16 bank isə bu məsələni ilin sonuna saxlayıb. Bunlardan 3-ü bu ilin 6 ayını zərərlə başa vurmuş “Bank Avrasiya” ASC, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır ki, onların da mənfəət vergisi ödəməməsi təbiidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay