Azərbaycanda 7 bankın mənfəət vergisi ödəmələri azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-u bu ilin yanvar-iyun aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 3-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Bank of Baku” və “Express Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Qalan 7 bankdan 6-nın – “PAŞA Bank”, “Kapital Bank”, "Xalq Bank", “Zıraat Bank Azərbaycan”, “Azərbaycan Beynəlxalq Bankı” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Naxçıvan Bank” ASC isə bu ilin 6 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onun vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
1 bankın - İran Milli Bankının Bakı filialının isə mənfəət vergisi ödəmələri 100% azalıb.
Bu ilin I yarısında mənfəət vergisi ödəməmiş 15 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay