BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Balıqçılardan 287 min 660 manat rüşvət almaqda təqsirli bilinən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Valyuta.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baxılıb.

Prosesdə şahid ifadələri dinlənilib.

Şahidlər 2014-cü ildən balıq ovu ilə məşğul olduqlarını, lakin fəaliyyətləri zamanı hər hansı şəxsə rüşvət vermədiklərini bildiriblər. Onlar ifadələrində müvafiq lisenziya alaraq balıq ovu ilə məşğul olduqlarını deyiblər.

Təqsirləndirilən şəxslərdən Fikrət Paşayevin vəkili məhkəməyə vəsatət təqdim edib. O, xahiş edib ki, Fikrət Paşayevin qayınanası dindirilsin. 

Vəsatətə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı F.Paşayevin evində müsadirə olunan pulların içində təqsirləndirilən şəxsin qayınanasına məxsus vəsait də olub. Vəsatətə görə, təqsirləndirilən şəxsin qayınanası həmin dövrdə ev satıb və qeyd olunan vəsaiti ev satışından əldə olunmuş gəlirdir.

Hakim vəsatəti qəbul edib və növbəti prosesdə F.Paşayevin qayınanasının dindirilməsini məqbul sayıb.

Proses avqustun 27-də davam etdiriləcək.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su hövzələrində bioresursların artırılması və mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz sektorunun müdiri Fikrət Paşayev, Balıqartırma İdarəsinin Sumqayıt-Xaçmaz regionu üzrə bölməsinin mütəxəssisi İbrahim Muxtarov və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Su hövzələrində bioresursların mühafizəsi xidmətinin Sumqayıt-Xaçmaz region üzrə sektorunun baş müfəttişi Zahid Bəkirovun xidməti vəzifələrinin icrası zamanı qanun pozuntularına yol vermələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Fikrət Paşayevin İbrahim Muxtarov və Zahid Bəkirov ilə qabaqcadan əlbir olaraq 2003-2018-ci il tarixləri ərzində balıq ovu sezonunda Xəzər dənizinin Sumqayıt-Xaçmaz sahil zolağına aid olan hissəsində qeyri-qanuni balıq ovunun aparılması, balıq ovu ilə bağlı ayrı-ayrı şəxslərin sahil zolağına sərbəst çıxışlarına icazə verilməsi, habelə həmin qanunsuz hərəkətlərin davam etməsinə şərait yaradılması müqabilində balıqçılıq fəaliyyəti ilə məşğul olan 31 şəxsdən sürücüsü Fikrət Abdulrəhimovun vasitəsilə cəmi 287 min 660 manat məbləğində pul vəsaitini rüşvət qismində alaraq öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Fikrət Paşayevə, Zahid Bəkirova, İbrahim Muxtarova və Fikrət Abdulrəhimova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) və digər maddələri ilə yekun ittiham elan edilib.

Son xəbərlər

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Bakıda əhalinin sayı 2 milyon nəfəri ötdü - RƏSMİ

Azərbaycanda vaxtı keçən kreditlərin payı aşağı düşüb

Müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacaq? - TN

Ünvanlı sosial yardım ödəniləcəyi tarix açıqlandı

Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ

“Təmiz Şəhər” ASC İnvestisiya Holdinqinin idarəetməsinə verildi - SƏRƏNCAM

Əhali kreditləri plastik kartlarla almağa üstünlük verir

Rusiyada "Aİ-95" markalı benzinin qiyməti rekord həddə çatdı

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Azərbaycan Beynəlxalq Bankı” İnvestisiya Holdinqinin idarəetməsinə verildi

“Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində daha bir təsərrüfata dəstək göstərildi

Təbii qazın bahalaşması davam edir

Sürət zəif, qiymət isə baha: İnternet problemi nə vaxt həll olunacaq?

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

“Azərxalça”da 22 milyon hara sərf olunub? - Dövlət xalçaçılığa dəstək olmaq istəyirsə...

Ali məktəblərdə dərslərin təşkili qaydası açıqlandı

Azərbaycanda bu il inflyasiya hədəf diapazonu çərçivəsində qalacaq

Bakıda ağacları qanunsuz kəsənlər axtarışa verildi: Təbiətə böyük ziyan vurublar

Tədrisin başlanması ilə bağlı metro stansiyalarına nəzarət gücləndirildi

Nazirlər Kabineti yeni tədris ilinin başlaması ilə bağlı qərar verdi

"Brent" neftinin qiyməti 75 dolları ötdü

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Buğdadan hazırlanan un bahalaşdı – Qiymət açıqlanır

Bütün xəbərlər