Azərbaycanda 15 bankın faiz xərcləri artıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Bank of Baku”, “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Xalq Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, “AFB Bank”, “Yelo Bank” və “Express Bank” ASC-lər, eləcə də “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Ən çox azalma “Yapı Kredi Bank Azərbaycan”da (31,9%), ən az azalma isə “Bank of Baku”da (4,3%) qeydə alınıb.
1 bankın – Pakistan Milli Bankının Bakı filialının bu ilin yanvar-iyun aylarında faiz xərcləri olsa da, ötən ilin eyni dövründə olmayıb. Odur ki, bu bankın faiz xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
Qalan 15 bankın isə faiz xərcləri artıb. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (64,3%), ən aşağı dinamika isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (0,3%) qeydə alınıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay