Xəbər
19.08.2021 / 10:33
Azərbaycanda 9 bankın qeyri-faiz gəlirləri azalıb
17228
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu ilin I yarısındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Bank of Baku”, “Azər-Türk Bank”, “Naxçıvan Bank”, “Günay Bank”, “Premium Bank”, “Bank Respublika” və “Xalq Bank” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (65%), ən az azalma isə “Bank of Baku”da (4,8%) qeydə alınıb.
Qalan 17 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (2,6 dəfə), ən aşağı dinamika isə “Yelo Bank” ASC-də (0,1%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay